Yeniyetmə sərbəst güləş millisinin böyük məşqçi Əsgərxan Novruzov işinə qayıdıb.
Sportinfo.az xəbər verir ki, onu vəzifəsinə 1-ci vitse-prezident Namiq Əliyev bərpa edib.
Avqustun 7-də awf-az.org-da çıxan məşqçilər heyətində dəyişikliklər barədə bilgidə onun adına rast gəlinməməsi bunu təsdiqləyir.
Nəticə verən yerli məşqçini vitse-prezident və milli komandaların baş məşqçi Firdovsu Umudov şəxsi zəmində aralarında yaşanan qalmaqaldan sonra kənarlaşdırmışdı.
Əsgərxan Novruzov uzun illərdi bu işində çalışır. Yunan-Roma güləşindən fərqli, yeniyetmə sərbəst güləş millimiz Avropa və dünya birinciliklərində qızıl medalacan belə qazanıb, üstəlik, Buenos Ayres-2018 olimpiya oyunlarına lisenziyaya yiyələnib.
Onun şəxsi tələbəsi Mahir Əmiraslanovun gənclərin dünya birinciliyinin və Bakı-2017 İslam oyunlarının qalibidir; dünya kubokunda bürünc mükafatçıdır.

