COP29

“Tariximizdə mənim qədər qazanan yoxdur” - VİDEO

3 May 00:50 Güləş 795
“Tariximizdə mənim qədər qazanan yoxdur” - VİDEO

“Ümid edirəm ki, Paris-2024 mənim üçün daha uğurlu olacaq.

Bu, iştirak edəcəyim sonuncu Yay Olimpiya Oyunlarıdır, inşallah bu dəfə qızıl olar”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında Bakıda keçirilmiş Avropa Olimpiya Təsnifat turnirində olimpiadaya lisenziya əldə edən təcrübəli idmançı Hacı Əliyev deyib.

Hacı Əliyev turnirdə zədəli halda yarışdığını bildirib:

“Yarışdan öncə zədələrim var idi, dizim zədəli idi. Turnirin birinci günündə qaşım açıldı, ikinci qarşılaşmada da dizim yenə əzildi. Ona görə bütün görüşlər mənim üçün çox çətin oldu. Düşünürəm ki, sonuncu rəqibim daha güclü idi, Avropa çempionu idi. Onunla görüşdə 3-0 hesabı ilə geridə idim, sona bir dəqiqə qalmış qalib gəldim və Olimpiya Oyunlarına lisenziya qazandım”.

Hacı Əliyev Paris-2024-dən sonra karyerasını yekunlaşdıracağını bildirib:

“33 yaşındayam, bu yaşda güləşmək artıq daha da çətinləşir. Düşünürəm ki, bu Olimpiya Oyunları uğurlu olub-olmamasından asılı olmayaraq artıq kifayət edir. Güləşdə saysız-hesabsız qələbələr əldə etmişəm. Güləş tariximizdə, bəlkə də, mənim qədər uğur qazanan güləşçi yoxdur. Hər şeyin bir sonu var. Düzdür, mənim üçün güləşdən gedəcəyəm demək çox çətindir. İnşallah qalib gələrək, medal qazanaraq idmanı sonlandırarıq”.

Ətraflı süjetdə:

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!