Azərbaycan millisi 6-cı oldu - Dünya çempionatında

6 Noyabr 2021 00:28 Güləş 445
Azərbaycan millisi 6-cı oldu - Dünya çempionatında

Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında klassik güləş üzrə yarışa yekun vurulub.

Sportinfo.az xəbər verir ki, mundialda 10 çəkidən cəmi 7-sində təmsil olunan millimiz 3 medal qazandı və 67 xalla komanda hesabında 6-cı yeri tutdu.

1 qızıl və 2 bürünc medal əldə edən yığmamız U-23 dünya çempionatları tarixində medalların əyarına görə ən yaxşı nəticəsinə imza atdı.

Yunan-Roma güləşçilərimiz 2017-də 2 bürünc, 2018-də 2 gümüş və 1 bürünc, 2019-da isə 1 gümüş və 1 bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!