Millilərimiz son 1 həftədə - VİDEO+FOTOREPORTAJ

21 İyul 2021 17:20 Güləş 994
Millilərimiz son 1 həftədə - VİDEO+FOTOREPORTAJ

Avqustun 1-dən 7-dək Tokio Olimpiadasında güləş yarışları keçiriləcək.

Ölkəmizi Olimpiya Oyunlarında təmsil edəcək hər 3 güləş növü üzrə millilərimiz son hazırlıq mərhələsinə keçiblər.

Sportinfo.az Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq, Bakıya qayıdan yığmalarımız Tokioya səfər ərəfəsində son 1 həftəlik hazırlıq prosesini paytaxtda keçəcəklər.

Artıq Olimpiya Güləş Mərkəzində son hazırlıq mərhələsinə start verilib. Bu məşqlər əsasən taktiki-texniki çalışmalar üzərində qurulacaq.

Olimpiyaçılarımız ölkə xaricindən dəvət olunmuş sınaqçı-rəqiblərlə birgə hazırlıq prosesini davam etdirəcəklər.

Komandalarımız Tokioya iyulun 27-də yollanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi