"Düşünürəm ki, özümü nə günlərə salmışam? Qışqırıb ağlayırdım" - VİDEO

22 May 2021 13:20 Güləş 1 743
"Düşünürəm ki, özümü nə günlərə salmışam? Qışqırıb ağlayırdım" - VİDEO

Milli Olimpiya Komitəsinin mətbuat xidməti sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov haqqında reportaj hazırlayıb.

Sportinfo.az xəbər verir ki, reportajda onun anası İnarə Məmmədova oğlu haqqında danışıb.

O, Toğrulun güləşçi kimi yetişməsindən və 2012-ci il London Yay Olimpiya oyunlarında qazandığı qızıl medaldan söz açıb: “İstəmirdim ki, oğlum idmançı olsun.

Çünki idmançıları görürdüm ki, hər zaman zədələnir. Onu musiqi məktəbinə apardım. Amma idmana olan sevgisinin qabağını ala bilmirdik.

Müəllimi zəng edirdi ki, dərsə gəlmir. Zəng edirdim, deyirdi, ana güləşə baxıram. Texnikalı güləşçidir, cəlddir. Olimpiya çempionu olanda sevincdən dəliyə dönmüşdüm.

O, mənim həyəcanımı bilir. İlk zəng elədiyi adam da mən idim. Final görüşü zamanı əlim göydə, dizim yerdə idi. Çəkiliş olmuşdu və ondan da xəbərim yox idi.

Sonra özümə baxıb düşünürəm ki, mən özümü nə günlərə salmışam? Mən elə qışqırıb ağlayırdım. Deyirdim ki, Toğrul sənə halal olsun. Müsahibə istədilər amma danışa bilmirdim”.

Əsgərov özü də həmin Olimpiadadan danışıb: “Türkiyəli məşqçi var idi, deyirdi ki, bütün idmançıları izləyirəm. 60 kq çəkidə çempion sən olacaqsan.

Adlarımızı yazdığı dəftəri göstərdi. Dedi bunu sabah sənə gətirəcəm ki, baxasan. Final görüşündən sonra saytlarda xəbərlərə, anamın danışığına, babamın danışığına baxırdım.

Valideynlərimin dediklərini görəndən sonra ağlamağa başladım. Həmin görüntülərə 1 dəqiqədən çox baxa bilmədim”.

Həmin reportajı təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"