7 azərbaycanlı millini Avropa üçüncüsü etdi - FOTO

20 May 2021 23:20 Güləş 874
7 azərbaycanlı millini Avropa üçüncüsü etdi - FOTO

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-23 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, qitə birinciliyinə 8 güləşçi ilə yollanan Azərbaycan millisinin 7 üzvü fəxri kürsüyə qalxıb.

Məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında mötəbər yarışda iştirak edən komanda medal rekordunu yeniləyib. 2015-ci ildən keçirilən analoji turnirdə Azərbaycanın sərbəst güləş millisi heç vaxt bu qədər medal qazanmamışdı.

Avropa çempionatında Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıb.

Yekunda yığma 140 xal toplayıb və Avropa 3-cüsü olub. Rusiya 196 xalla 1-ci, Türkiyə isə 150 xalla 2-ci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti