Azərbaycanlının adı Ukrayna yığmasının siyahısında

13 May 2021 14:20 Güləş 1 283
Azərbaycanlının adı Ukrayna yığmasının siyahısında

Yayda Tokioda keçiriləcək Olimpiya oyunlarında Ukraynanı təmsil edəcək güləşçilər arasında azərbaycanlı Pərviz Nəsibov da var.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Güləş Federasiyasının Tokioya aparılacaq güləşçilərinin siyahısında yer alıb.

Həmyerlimiz 67 kiloqram çəki dərəcəsində yunan-roma güləş növü üzrə gücünü sınayacaq.

Pərvizin məğlub etdiyi Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev isə Olimpiadaya vəsiqə qazana bilməyib.

Çunayev ilyarımlıq fasilədən sonra Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat turnirində döşək üzərinə çıxıb.

O, ilk mərhələdə Moldova təmsilçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən qalib ayrılıb (4:4). Çunayev daha sonra yerli güləşçini xalçadan məyus yola salıb (6:0). Ancaq 1/4 finalda Pərviz Nəsibova 2:3 hesabı ilə uduzub.

Ukraynanı Tokioda 18 çəki kateqoriyasından cəmi 10 çəki üzrə güləşçi təmsil edəcək ki, bu da ölkə tarixində ən pis göstəricidir. Belə ki, bundan öncə güləşçilər Olimpiadaya ən az lisenziyanı 2012-ci il London Olimpiadasında qazanmışdır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"