Səfir Bakıda Türkiyə yığmasına diqqət göstərdi - FOTOLAR

12 May 2021 11:20 Güləş 1 848
Səfir Bakıda Türkiyə yığmasına diqqət göstərdi - FOTOLAR

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Olimpiya Güləş Mərkəzini ziyarət edib.

Sportinfo.az xəbər verir ki, C.Bağcı Bakıda təlim-məşq toplanışında olan Türkiyənin gənclərdən ibarət milli komandasının üzvləri ilə görüşüb.

Məşqçi Ruşen Çetin səfirə hazırlıq prosesi barədə danışıb.

Sonda Azərbaycan Güləş Federasiyasının rəsmiləri və yığmamızın məşqçiləri ilə birgə xatirə fotosu çəkilib.

Türkiyə yığması 28 - 30 mayda İstanbulda beynəlxalq Çempionlar Turnirinə və 28 iyun - 4 iyulda Almaniyanın Dortmund şəhərində Avropa çempionatına qatılacaq.

Digər Xəbərlər
Xəbər Lenti