Azərbaycanlı qadınlar bu gün: 4-ü tamam, 1-i davam

7 May 2021 19:40 Güləş 777
Azərbaycanlı qadınlar bu gün: 4-ü tamam, 1-i davam

Bu gün Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində qadın güləşçilər mübarizəyə qoşulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın 5 təmsilçisi güləşin bu növündə qüvvəsini sınayır.

Onlardan 4-ü ilk görüşlərində məğlub olub və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

Türkan Nəsirova (53 kq) 1/8 final mərhələsində Luisa Melendresə (Ekvador), Alyona Kolesnik (57 kq) Nuraida Anarkulovaya (Qırğızıstan), Tatyana Omelçenko (62 kq) Luiza Nimeşə (Almaniya), Gözəl Zutova (76 kq) isə təsnifatda Katalina Axnteyə (Rumıniya) məğlub olub.

Yalnız Elis Manolova (68 kq) ardıcıl olaraq Aqoro Papavasileu (Yunanıstan) və Luz Klara Vaskesə (Argentina) qalib gələrək yarımfinala adlayıb. O, finala gedən yolda Cəmilə Bakbergenova (Qazaxıstan) ilə görüşəcək.

İlk yarış günündə 3 sərbəst güləşçinin heç biri olimpiadaya vəsiqə qazana bilməyib. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə Bakı vaxı ilə saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı