Millimizin heyəti açıqlandı - Lisenziya yarışı üçün

4 May 2021 23:20 Güləş 627
Millimizin heyəti açıqlandı - Lisenziya yarışı üçün

Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Dünya Olimpiya Təsnifat turniri üçün heyəti açıqlanıb.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq), Rafiq Hüseynov (77 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq.

Komanda Bolqarıstana mayın 6-da yollanacaq. Yunan-Roma güləşi üzrə mübarizə turnirin son iki günündə baş tutacaq.

Güləşin bu növündə İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilmiş Avropa Olimpiya Təsnifat turnirində lisenziya qazanıb.

Dünya Olimpiya Təsnifat Turnirinə mayın 9-da yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti