Sənan ermənini məğlub etdi – AÇ-da daha bir zəfərimiz

24 Aprel 2021 14:00 Güləş 1 070
Sənan ermənini məğlub etdi – AÇ-da daha bir zəfərimiz

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov təsəlliverici qarşılaşmada Ermənistan təmsilçisi Varujan Qriqoryanı məğlub edib.

Süleymanov medal uğrunda qarşılaşmada ukraynalı Dmitri Pışkovla üz-üzə gələcək. Medal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Sənan Süleymanov 2020-ci ildə İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti