Yığmamızın üzvü 0:10 hesabı ilə uduzdu, medalsz qaldı

24 Aprel 2021 00:56 Güləş 1 207
Yığmamızın üzvü 0:10 hesabı ilə uduzdu, medalsz qaldı

Azərbaycanın iki qadın güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 53 kq-da mübarizə aparan Tatyana Varansova moldovalı Yuliya Leorda ilə üz-üzə gəlib. 0:10 hesabı ilə uduzan idmançı medalszı qalıb.

65 kq-da çıxış edən İrina Netreba isə 3-cü yer uğrunda Rumıniya təmsilçisi Krişta İnçeyə 3:4 hesabı ilə məğlub olaraq, bürünc medal şansını əldən verib.

Daha əvvəl qadın güləşçilərdən Mariya Stadnik (50 kq) Avropa çempionu olub.

Kişi sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti