Mariya Stadnik Avropa çempionatının yarımfinalında

21 Aprel 2021 16:40 Güləş 867
Mariya Stadnik Avropa çempionatının yarımfinalında

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşadan paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb.

Stadnik Rusiya təmsilçisi Yekaterina Poleşçuku məğlub edərək yarımfinala adlayıb.

68-də yarışan Elis Manolova 1/8 finalda Tindra Syöberqdən (İsveç) güclü olub, lakin növbəti raundda Nesrin Bas (Türkiyə) ilə dueldən məğlub ayrılıb.

Səbirə Əliyeva (76 kq) isə 1/4 finalda Epp Maeeyə (Estoniya) uduzub.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!