Güləşçimiz finala vəsiqə qazandı - Avropa çempionatı

20 Aprel 2021 00:14 Güləş 641
Güləşçimiz finala vəsiqə qazandı - Avropa çempionatı

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 70 kq-da mübarizə aparan idmançı ukraynalı İqor Nikiforukla üz-üzə gəlib.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Bayramov finala vəsiqə qazanıb. Onun həlledici görüşdəki rəqibi rusiyalı İsrail Kasumov olacaq.

Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65) isə yarımfinalda müvafiq olaraq Rusiya təmsilçiləri Naçın Monquşa və Zagir Şakiyevə uduzublar. Onlar aprelin 20-də bürünc medal uğrunda mübarizə aparacaqlar.

Xaşalov Aryan Tsiutrin (Belarus) / Givi Davidovi (İtaliya), Rəhimzadə isə George Ramm (Böyük Britaniya) / Andrey Svirid (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.

79 kq-da yarışan Rəşad Yusifli də final şansını əldən verib. Yarımfinalda Fransa təmsilçisi Sayfedin Alexmaya 1:6 hesabı ilə məğlub olan idmançı sabah bürünc medal görüşünə çıxacaq.

Onun rəqibi Osman Haydari (Albaniya) / Alans Amirovs (Latviya) cütünün qalibi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var