İslam qazandı, Murad şansını boşa verdi - BUDAPEŞT GÜNDƏLİYİ

21 Mart 2021 00:42 Güləş 830
İslam qazandı, Murad şansını boşa verdi - BUDAPEŞT GÜNDƏLİYİ

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 87 kq-da yarışan idmançı final yolunda isveçrəli Ramon Betşartla üz-üzə gəlib.

Rəqibini 6:1 hesabı ilə məğlub edən Abbasov yarışın həlledici qarşılaşmasına vəsiqə qazanmaqla yanaşı, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edib.

Bu, Azərbaycanın yunan-Roma güləşi üzrə ilk olimpiya lisenziyasıdır.

85 kq-dakı Murad Məmmədov isə yarımfinalda Almaniya təmsilçisi Etienne Kinsinqerə uduzmaqla lisenziya şansını əldən verib.

Abbasov sabah qızıl medal uğrunda Gürcüstan güləşçisi Laşa Qobadze ilə qarşılaşacaq. Məmmədov isə Helari Maeqisalu (Estoniya) / İvan Lizatoviç (Xorvatiya) cütünün qalibi ilə "bürünc" görüşünə çıxacaq.

77 kq-da mübarizə aparan Sənan Süleymanov isə təsəlliverici görüşdə qüvvəini sınayacaq. Onun rəqibi polşalı Mateuş Volni olacaq.

Sərbəst güləş üzrə Azərbaycan millisi isə Avropa Olimpiya Təsnifat Turnirində 4 medal qazanıb.

Kişilərin mübarizəsində Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə bürünc medala yiyələnib. H.Əliyev və H.Hacıyev eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Qadın güləşçilər isə lisenziyasız qalıb. Yalnız Tatyana Omelçenko (62 kq) bürünc medalla kifayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti