Fransa, Rumıniya və İsveçrə millilərini Bakıya GƏTİRƏN SƏBƏB - VİDEO

10 Mart 2021 21:00 Güləş 1 661
Fransa, Rumıniya və İsveçrə millilərini Bakıya GƏTİRƏN SƏBƏB - VİDEO

Güləş yığmalarımız martın 18-dən 21-dək Macarıstanda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlığı davam etdirir.

Sportinfo.az xəbər verir ki, sərbəst güləşçilərimiz Budapeştdə təşkil olunacaq lisenziya yarışına hazırlıq xarakteri daşıyan son təlim-məşq toplanışını Bakıda keçir.

Komanda baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında əsasən taktiki-texniki çalışmaları həyata keçirir.

Olimpiya Güləş Mərkəzində baş tutan hazırlıq prosesində qonaq komandalar da iştirak edir. Fransa, Rumıniya və İsveçrə milliləri martın ilk günlərindən Bakıda yığmamızla birgə toplanış keçir.

Tplanış martın 15-dək davam edəcək. Avropa Olimpiya Təsnifat turnirinin proqramına əsasən, martın 18-19-da sərbəst güləşçilər lisenziya sahiblərini müəyyənləşdirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti