Millinin 3 aparıcı isminin kənarda qalmasının MÜXTƏLİF SƏBƏBLƏRİ VAR

25 Fevral 2021 16:40 Güləş 980
Millinin 3 aparıcı isminin kənarda qalmasının MÜXTƏLİF SƏBƏBLƏRİ VAR

Azərbaycanı sərbəst və qadın güləşçiləri Ukraynanın paytaxtı Kiyevdə beynəlxalq turnirə qatılacaq.

Sportinfo.az xəbər verir ki, Ukraynanın məşhur güləşçiləri və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi yarış fevralın 26-da başlayacaq.

Böyük məşqçi Zəlimxan Hüseynovun və məşqçi Arif Abdullayevin rəhbərliyi altında sərbəst güləş millisinin 12 üzvü çıxış edəcək. Heyətdə Mahir Əmiraslanov, Əfqan Xaşalov, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Cəbrayıl Hacıyev (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) yer alıb.

Fevralın 28-dək davam edəcək turnirdə qadınlardan ibarət millinin 9 güləşçisi qüvvəsini sınayacaq. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) mübarizə aparacaq.

Görüşlərin idarə edilməsində ölkəni beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı və Həbib Nurulu təmsil edəcək.

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov zədə ilə əlaqədar yarışdan kənarda qalıb.

Əsgərov məşqdə zədələndiyindən, Rusiyanın Mahaçqala şəhərindəki təlim-məşq toplanışını da buraxmalı olub.

Hazırda məşqsiz qalan və zədəsini bərpa etməyə çalışan təcrübəli güləşçi Kiyevdə 79 kq çəki dərəcəsində çıxış etməyi planlaşdırıb. Lakin zədəsinin sağalmaması, onu yarışdan kənarda qoyub.

Yığmanın kapitanı 97 kq-da mübarizə aparan Şərif Şərifov isə 4 - 7 martda İtaliyadakı turnirə qatılacağı üçün Kiyevə yollanmayıb.

Azərbaycanın ən titullu qadın güləşçisi və Tokio olimpiadasına lisenziya qazanan Mariya Stadnik isə özünü 19 - 25 apreldə Polşanın paytaxtı Varşavadakı Avropa çempionatına saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"