Azərbaycan yığması Rusiyaya istirahətə yollanmayıb - VİDEO

21 Fevral 2021 16:40 Güləş 1 208
Azərbaycan yığması Rusiyaya istirahətə yollanmayıb - VİDEO

Sərbəst güləş üzrə Azərbaycan yığması Rusiyanın Mahaçqala şəhərində təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, fevralın 8-dən Dağıstan komandası ilə birlikdə toplanış keçən milli üzvləri həm fiziki, həm də taktiki-texniki hazırlığın yüksəldilməsi üzərində çalışır.

Müştərək toplanış fevralın 25-dək davam edəcək. 18 - 21 martda Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlimlərə baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əfqan Xaşalov, Georgi Edişeraşvili, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) qatılıb.

Yığmanın digər üzvləri isə məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda məşqləri davam etdirir.

Sərbəst güləşçilərin bir qismi 26 - 28 fevralda Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turnirində iştirak edəcək. Bu yarışdan sonra isə Avropa Olimpiya Təsnifat turnirinə son hazırlıq prosesi 1 - 14 martda Bakıdakı Olimpiya Güləş Mərkəzində baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”