Azərbaycan millisi hələ bir neçə ay da gözləməli olacaq

29 Mart 2020 20:00 Futzal 716
Azərbaycan millisi hələ bir neçə ay da gözləməli olacaq

Futzal üzrə AVRO-2022-nin seçmə mərhələsi üçün püşkatma mərasiminin vaxtı dəyişdirilib.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, səbəb koronavirus pandemiyasının yayılmasıdır.

Tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.

AVRO-2022-nin seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Final mərhələsi 2022-nin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu