"Qarabağ"da çoxlu dostlarım var, izləyirəm" - Millimizin qapıçısı

24 Oktyabr 2019 14:25 Futzal 784
"Qarabağ"da çoxlu dostlarım var, izləyirəm" - Millimizin qapıçısı

"Qarabağ"ın oyununun bu günə düşməsi fikrimcə, millimizin azarkeşlərinin arenaya az gəlməsinə və bizim oyunumuza təsir etməyəcək" - bu sözləri Sportinfo.az saytına açıqlamasında futzal millimizin qapıçısı Rövşən Hüseynli deyib.

28 yaşlı qolkiper azarkeşlərin gəlib-gəlməməsindən asılı olmayaraq, bütün fikirlərini oyunlarına yönəltdiklərini deyib. O, eyni zamanda, "Qarabağ"a da azarkeşlik etdiyini bildirib:

"Əlbəttə, azarkeşlərin gəlməsi, bizi dəstəkləməsi əladır. Hamısına təşəkkür edirəm. Tribunada nə qədər azarkeş olmasına baxmayaraq, bütün fikrimiz oyunda olur. Bilirəm, bu gün "Qarabağ" Avroliqada oynayır, izləyirəm. Orada çoxlu dostlarım var. "Qarabağ"a da uğurlar arzulayıram".

Futzal millimiz bu gün DÇ-2020-nin seçmə mərhələsinin qrup oyunları çərçivəsində ikinci görüşünü Monteneqroya qarşı keçirəcək. Qarşılaşma saat 20:00-da Bakı idman Sarayında oynanılacaq. 1 saat sonra isə Tofiq Bəhramov adına Respublika stadionunda Avroliqanın "Qarabağ" - APOEL matçı başlayacaq.

Xəbər Lenti