Azərbaycan DÇ-lərdə yubiley oyununu keçirdi

24 Oktyabr 2019 17:35 Futzal 754
Azərbaycan DÇ-lərdə yubiley oyununu keçirdi

Azərbaycan milli komandası dünya çempionatlarında 25-ci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, bunadək seçmə, pley-off və final mərhələlərində 24 matç keçirən yığmanın yubiley oyunu Moldova ilə görüşə təsadüf edib.

Komandamız hesabda geri düşdüyü qarşılaşmada dönüş yaradaraq 3:1 hesablı qələbə qazanıb. Yubiley oyununda qalib gələn milli 25 matçda 11 qələbə qazanıb, 6 heç-heçə edib və 8 dəfə uduzub. Rəqib qapısından 111 top keçirən futzalçılarımız 81 qol buraxıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti