UEFA alman və ispan hakimləri Bakıya göndərdi

20 Oktyabr 2019 16:15 Futzal 684
UEFA alman və ispan hakimləri Bakıya göndərdi

Futzal üzrə dünya çempionatının əsas mərhələsinin oktyabrın 23-dən 26-dək Bakı İdman Sarayında keçiriləcək oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, UEFA bu turnirdə hakimliyi Çexiya, Portuqaliya, Latviya və Almaniya təmsilçilərinə həvalə edib.

Bakı İdman Sarayında keçiriləcək qarşılaşmaları bu hakimlər idarə edəcəklər:

Hakimlər: Andrey Çernı (Çexiya), Migel Duarte Oliveira Kastilyo (Portuqaliya), İnqus Purnis (Latviya), İnqo Heemsot (Almaniya).
Hakim inspektor: Pedro Angel Qalan Nieto (İspaniya)
Nümayəndə: Assem Kuzanova (Qazaxıstan)

Millimiz Slovakiya, Monteneqro və Moldova ilə eyni qrupda yarışacaq. Joze Alesio da Silvanın rəhbərlik etdiyi yığma ilk görüşünü Moldovaya qarşı keçirəcək.

Təqvim

23 oktyabr

17:00. Slovakiya – Monteneqro

20:00. Azərbaycan – Moldova

24 oktyabr

17:00. Moldova – Slovakiya

20:00. Azərbaycan – Monteneqro

26 oktyabr

17:00. Monteneqro – Moldova

20:00. Slovakiya – Azərbaycan

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti