Azərbaycanda 2 klubun adı dəyişdirildi

16 Oktyabr 2019 23:15 Futzal 1 284
Azərbaycanda 2 klubun adı dəyişdirildi

Birinci liqada çıxış edən “Harmony hotel” komandasının adı dəyişdirilib. Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Futzal Federasiyası yayıb.

Bildirilir ki, klub rəhbərliyi federasiyaya müraciət edərək növbəti oyunlardan “Ajax Baku” adı altında çıxış edəcəyini bildirib.

İkinci Liqa təmsilçisi “ASCO Dənizçi” adından isə ASCO hissəsi çıxarılıb.

Digər Xəbərlər
Xəbər Lenti