"Qolların bəzisini “hədiyyə” etdik, ayaqları sanki işləmirdi"

11 Oktyabr 2019 00:28 Futzal 470
"Qolların bəzisini “hədiyyə” etdik, ayaqları sanki işləmirdi"

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilmiş “Araz” – “Benfika” oyunundan sonra Azərbaycan çempionunun baş məşqçisi fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, "Araz"ın çalışdırıcısı Joze Alesio Da Silva komandasının 0:7 hesablı məğlubiyyətini şərh edib: “Olanları təkrarlamaq istəmirəm. Artıq baş verənlərlə bağlı dünən də danışmışam. Məncə, dünənki ilə müqayisədə daha yaxşı mübarizə apardıq. Çünki “Halle Gooik”lə oyundan sonra necə oynayacağımızı müəyyənləşdirdik. Amma yorğunluq sözünü dedi. İkinci hissədə uşaqların ayaqları sanki işləmirdi, beyinləri yorulmuşdu. Birinci hissədə 3 qol buraxdıq. Fasiləyə qədər gücümüz daha çox idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Vurulan qolların bəzisini “hədiyyə” etdik. Bu da yorğunluğun, ardıcıl iki matçı 6 oyunçu ilə keçirməyimizin nəticəsidir.

“Benfika” isə fərqli keyfiyyətlərə malik komandadır. İstər taktiki, istərsə də texniki cəhətdən onlar qrupun aşkar favoriti, ən güclüsüdür. Şansımız “Halle Gooik” – “Xerson” oyununun nəticəsindən asılıdır. Ukrayna futzalçıları qələbə qazana bilməsə, şənbə gününü fərqli etməyə çalışacağıq. İstənilən halda son matçda da “döyüşəcəyik”.

Xəbər Lenti