Azərbaycan çempionuna "Benfika"dan 7 cavabsız qol

10 Oktyabr 2019 21:24 Futzal 518
Azərbaycan çempionuna "Benfika"dan 7 cavabsız qol

Futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Araz" turnirin əsas mərhələsində 2-ci oyununu keçirib. Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşıb.

Görüş komandamızın 0:7 hesablı ağır məğlubiyyəti ilə bitib. Xatırladaq ki, ötən gün "Araz" qrupdakı ilk oyununda Belçikanın “Halle Gooik” klubuna da böyük hesabla uduzmuşdu -1:5.

Çempionlar Liqası
Əsas mərhələ
10 oktyabr

“Araz” (Azərbaycan) - “Benfika” (Portuqaliya) 0:7
Qollar: A.Koelyo, 01:57. N.İsmayılov, 05:39-öz qapısına. Fits, 07:33; 35:20. Çaqinya, 31:13; 31:49. Tyago Brito, 34:20.
Hakimlər: Damian Yaruçeviçs (Polşa), Moşe Bohbot (İsrail), Nikola Yeliç (Xorvatiya)
Hakim-inspektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Serjio Lopez-Anduyar Alonso (İspaniya)
Halle şəhəri. De Bres Arena.

Araz: 12. Rövşən Hüseynli (q), 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 19. Vladislav Reznov (q), 8. Rizvan Fərzəliyev (k), 10. Nihad İsmayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Benfika: 15. Dieqo Roncagilo (q), 2. Çaqinya, 4. Andre Koelyo, 10. Robinyo, 18. Fernandinyo, 12. Andre Souza (q), 3. Jesus, 5. Fabio Cecilyo, 6. Tyaqo Brito, 7. Bruno Koelyo (k), 8. Rafael Henmi, 17. Fernando, 19. Fits.

Baş məşqçi: Joel Roşa.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!