"Araz" futzal klubunun direktoru dəyişib.
Sportinfo.az-ın məlumatına görə, Ruslan Eldaroğlu həmin vəzifədən uzaqlaşdırılıb.
Bu posta isə Mahmud Sadıqov gətirilib. Sonuncu 1 il öncəyədək Azərbaycan Futzal Federasiyasının baş katibi olub.
Federasiyanın prezidenti Zaur Axundov işində yol verdiyi nöqsanlara görə Sadıqovu 2018-ci ilin mayında vəzifəsindən uzaqlaşdırmışdı.
"Araz"dakı bu dəyişikliyi də elə Axundov edib. Son illərin dəyişməz çempionu olan Naxçıvan komandası qeyri-rəsmi olaraq Zaur Axundovun kurasiyasındadır.

