Futzal üzrə Azərbaycan millisi bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən Caspian Cup-2019 turnirində son oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, komandamız Qazaxıstan futzalçıları ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Taqo Teles və Eduardo fərqlənib.
Yığmamız bundan əvvəl keçirdiyi oyunlarda Rusiyaya 1:2 hesabı ilə uduzub, İranla isə bərabərə qalıb - 2:2. Joze Alesionun komandası bununla da turniri qrup sonuncusu kimi tamamlayıb.
|
1 |
İran |
2 |
1 |
1 |
0 |
4-3 |
4 |
|
2 |
Rusiya |
2 |
1 |
1 |
0 |
3-2 |
4 |
|
3 |
Qazaxıstan |
3 |
1 |
1 |
1 |
7-5 |
4 |
|
4 |
Azərbaycan |
3 |
0 |
1 |
2 |
5-9 |
1 |

