Çimərlik futbolu üzrə milli komandamızın Avropa Super finalındakı rəqibləri məlum olub.
Sportinfo.az xəbər verir ki, yığmamız Bolqarıstan, Rumıniya və Çexiya komandaları ilə eyni qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları sentyabrın 5-dan 8-dək Portuqaliyanın Figeyra şəhərində keçiriləcək.
Millimizin oyunlarının təqvimi:
5 sentyabr, saat 15:45
Bolqarıstan – Azərbaycan
6 sentyabr, saat 15:45
Azərbaycan – Rumıniya
7 sentyabr, saat 15:45
Azərbaycan – Çexiya
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

