Sentyabrın 22-dən 25-dək Rusiyanın Həştərxan şəhərində futzal üzrə "Kaspi Kuboku - 2019" yarışı keçiriləcək. Sportinfo.az Rusiya Mini Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, turnirdə Azərbaycan milli komandası da mübarizə aparacaq.
Yarışda vitse-dünya çempionu Rusiya, Asiya çempionu İran və UEFA reytinqində 4-cü yeri tutan Qazaxıstan yığmaları da çıxış edəcəklər.
Bütün oyunlar Həştərxandakı "Zvyezdnıy" İdman Sarayında keçiriləcək.
22 sentyabr
Qazaxıstan - İran
Rusiya - Azərbaycan
23 sentyabr
İran - Azərbaycan
Qazaxıstan - Rusiya
25 sentyabr
Azərbaycan - Qazaxıstan
Rusiya - İran

