Millimiz mundialı hədəfləyib - VİDEO

24 Avqust 2019 11:55 Futzal 575
Millimiz mundialı hədəfləyib - VİDEO

Futzal üzrə Azərbaycan millisi Dünya çempionatının seçmə mərhələsinə hazırlıqlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, komandamız toplanışın ilkin mərhələsini Bakıda keçirir.

Baş məşqçi Joze Alesio Da Silva Bakı İdman Sarayında reallaşan məşqlərə 12 futbolçu cəlb edib. Millimiz hazırlığını avqustun 25-dən Minskə davam etdirəcək.

Ayın 29-da başa çatacaq toplanış çərçivəsində komandamız Belarus seçməsi ilə 2 yoldaşlıq oyununa çıxacaq.

Komandamız gələn ay Rusiyada təşkil olunacaq "Kaspi kuboku"na qatılacaq. Futzalçılarımız beynəlxalq turnirdə meydan sahibləri ilə yanaşı Qazaxıstan və İran kollektivləri ilə mübarizə aparacaq.

"Bir neçə gündür ki, toplanışa başlamışıq. Bir qədər çətindir. Belə ki, ölkə çempionatları hələ başlamadığı üçün, oyunçular formada deyillər.

Belarus toplanışından sonra beynəlxalq turnirdə iştirak edəcəyik. Seçmə mərhələdə var gücümüzü ortaya qoymalıyıq. Rəqiblər çox güclüdür. Buna görə də məşqləri yüksək səviyyədə keçirməliyik".

Mübarizəyə əsas mərhələdən başlayacaq millimiz Slovakiya, Moldova və Monteneqro komandaları ilə birgə 3-cü qrupda qərarlaşıb.

Sözügedən qrupun oyunları oktyabrın 24-ü 27-si aralığında Bakıda reallaşacaq. Seçməmiz ilk oyununu ayın 24-də moldovalılara qarşı keçirəcək.

Ertəsi gün futzalçılarımız monteneqrolu həmkarları ilə üz-üzə gələcəklər. Oktyabrın 27-nə təsadüf edəcək son matçda millimizin rəqibi Slovakiya kollektivi olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti