Bakıda təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, İtaliyanın “Feldi Eboli” klubunun müraciəti əsasında Poletto Fabio Jose millinin toplanışından azad edilib.
Azərbaycan millisi avqustun 26-da və 28-də müvafiq olaraq Minskdə və Borisovda Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.

