Yüksək Liqanın 2019-2020-ci il mövsümündə iştirak etmək üçün 10 komanda müraciət edib.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun Sportinfo.az-a verdiyi məlumata görə, yeni yarışa qatılanlardan 4-ü ötən çempionatın iştirakçısıdır.
Biri isə 1 illik fasilədən sonra yenidən Yüksək Liqada iştirak etmək üçün müraciət edib. Bu, “Marafon Futsal” komandasıdır. Tələbə Futbol Federasiyasının yığma komandası da gücünü ölkənin əsas futzal yarışında sınayacaq.
Milli çempionata qatılacaq komandaların adlarını təqdim edirik: “Araz”, EKOL, “Neftçi” İK, “Yasamal” İSK, “Baku Fire”, “Marafon Futsal”, “Record club”, “Xəzər” (Yardımlı), “Quba Premyer”, TFF-55.
Püşkatma sentyabrın 4-də, saat 11:30-da Bakı İdman Sarayında keçiriləcək. I tura isə sentyabrın 11-də Bakı İdman Sarayında start veriləcək.

