Futzal üzrə Azərbaycan milli komandasının avqustun 15-dən 24-dək Bakıda, 25-dən 28-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı olacaq.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində avqustun 26-da və 28-də Belarus milli komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Toplanışda iştirak edəcək futbolçuların siyahısını təqdim edirik:
Vitali Borisov (klubsuz), Ramiz Çovdarov, İsa Atayev, Rövşən Hüseynli, Oktay Rüstəmli, Nihad İsmayilov, Xətai Bağırov, Rizvan Fərzəliyev (hamısı "Araz"), 8. Sezar De Anqelis Conatan Luis ("Jetisu", Qazaxıstan), Teles Martins Thiago ("Nikel", Rusiya), 11. Fernandes Da Silva S Amadeu ("Sparta", Praqa, Çexiya), Emin Kürdov ("Ekol"), Poletto Fabio Jose ("Feldi Eboli", İtaliya)

