"Sizə müraciət etməkdə məqsədim budur ki, bəlkə kimsə bizim kluba maliyyə yardımı göstərdi. Çünki komandanı saxlamaq artıq çox çətindir, buna gücüm çatmır".
Bu sözləri Sportinfo.az saytı ilə əlaqə saxlayan "Yasamal" futzal klubunun rəhbəri Azər Əmənov deyib. Maddi imkansızlıqdan şikayət edən klub prezidenti adicə məşq etməyə də imkanlarının çatmadığını bildirib:
"Bəlkə sizin sayt vasitəsilə aidiyyatı qurumlardan, İcra Hakimiyyətindən bizə kömək edən oldu. Ötən mövsüm Yüksək Liqada çıxış edirdik. Bizim aşağı yaş qrupu üzrə komandamız da var. Yaşları 15-16-ya çatanda komanda artıq dağılır. Bu mövsüm uşaqlar ora-bura dağılmasın deyə, heyət qurub 1-ci diviziona da komanda buraxacam.
Amma imkanlarım çox məhduddur. Bütün xərcləri iş yerimdən aldığım əmək haqqı ilə qarşılayıram. Artıq gücüm çatmır. Adicə məqşləri süni örtüklü meydançada edirik. Halbuki bu, qapalı zalda olmalıdır. Dəfələrlə Yasamal rayon İcra Hakimiyyətinə, idman şöbəsinə də müraciət etmişəm, lakin söz veriblər, baxan olmayıb".

