Azərbaycan çempionundan köhnə-yeni transfer - FOTO

27 İyul 2019 17:12 Futzal 999
Azərbaycan çempionundan köhnə-yeni transfer - FOTO

Heyətini gücləndirməyə çalışan "Araz" futzal klubu transfer çalışmalarını davam etdirir.

Sportinfo.az Azərbaycan Futzal Federasiyasının (AFF) rəsmi saytına istinadən xəbər verir ki, son çempion bu dəfə Ramiz Çovdarovla anlaşıb.

Futzalçı yeni mövsümdən "Araz"ın formasını geyinəcək.

Ötən mövsümün qış fasiləsində EKOL-a keçən Ramiz Çovdarov "yaşıllar"la ölkə kubokunu qazanıb, Yüksək Liqanı üçüncü pillədə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti