Naxçıvan klubunda 2-ci legioner - Cənubi Azərbaycandan

21 İyul 2019 17:12 Futzal 1 276
Naxçıvan klubunda 2-ci legioner - Cənubi Azərbaycandan

Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz” növbəti transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu cənubi azərbaycanlı Hadi Əhmədi ilə anlaşıb.

Son mövsümü Məşəd şəhərini təmsil edən “Farsh ara” klubunda keçirən 25 yaşlı futzalçı bürünc medal qazanıb. Onunla anlaşma 1 il nəzərdə tutulub.

Bu, “Araz”ın mövsümlərarası fasilədə sayca ikinci əcnəbi transferidi. Komanda buna qədər ötən mövsümü “Neftçi”də keçirmiş Vahid Şəfaye ilə müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti