Azərbaycan çempionu ÇL-da "Benfika" ilə eyni qrupa düşdü

4 İyul 2019 19:48 Futzal 684
Azərbaycan çempionu ÇL-da "Benfika" ilə eyni qrupa düşdü

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, mübarizəyə əsas mərhələdən başlayacaq turnirdəki təmsilçimiz “Araz” “Benfika” (Portuqaliya), "Halle Gooik" (Belçika) və "Xerson" (Ukrayna) ilə 2-ci qrupda mübarizə aparacaq.

Bu qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək. Yalnız qrupda son pilləni tutan komanda mübarizəni dayandıracaq.

Püşkatmanın səfiri Argentina millisinin sabiq üzvü Xavyer Saviola olub. Futbol ulduzunun seçilməsi təsadüfi deyildi.

O, 2018-ci ildən Andorranın “Encamp” klubunda çıxış edir və çempion olub. Saviola yeni mövsümdə komandası ilə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti