Bir legioneri də qalmadı

28 İyun 2019 14:12 Futzal 911
Bir legioneri də qalmadı

Sportinfo.az xəbər verir ki, mayın 17-də 14-cü dəfə ölkə çempionu tituluna yiyələnən “Araz” yenidən qurulur.

Yüksək liqa başa çatar-çatmaz Xətai Bağırovla vidalaşan Naxçıvan təmsilçisi bir müddət sonra iranlı Məhəmmədtaha Neyməti ilə də yolları ayırmışdı.

Daha doğrusu, müqaviləsinin müddəti bitən Neyməti vətəninə istirahətə yollandıqdan sonra özünə klub tapdı.

Qış fasiləsində çempionun heyətinə qoşulan və oyunu ilə qızıl medalların qazanılmasında əsas pay sahiblərindən olan iranlı legioner ölkəsinin iddialı komandalarından “Saniç” ilə anlaşıb.

Saveh şəhəri təmsilçisi son mövsümü 5-ci pillədə başa vurub. Buna baxmayaraq, “Araz”ın heyətində daha 4 iranlı qalırdı.

Artıq Sadiq Cavid, Hüseyn Seyidəbülfəz, Məsud Nəsirzadə və Əli Mikaili də Naxçıvan təmsilçisinin sıralarını tərk edib. Başqa sözlə, komanda legionersiz qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti