UEFA Azərbaycan çempionunun yolunu dəyişdi

26 İyun 2019 11:36 Futzal 768
UEFA Azərbaycan çempionunun yolunu dəyişdi

UEFA klubların reytinq cədvəlində dəyişiklik edib.

Sportinfo.az xəbər verir ki, “Araz”ın bir müddət əvvəl yeni mövsümə əsas mərhələnin B yolunda başlayacağı haqda yarışın vikipediyasında məlumat yerləşdirilsə də, rəsmi saytda açıqlanan yeni reytinq cədvəlinə əsasən təmsilçimiz A yolunda yarışacaq.

Buna səbəb bəzi ölkələrin çempionlarının reytinq cədvəlində “Araz”dan geriyə düşməsidir.

Beləliklə, təmsilçimiz reytinq cədvəlində 12.500 xalla 10-cü sırada yer alıb ki, bu da A yolunda mübarizə aparmaq deməkdir.

A yolunda aşağıdakı komandalar mübarizə aparacaq.

“Sportinq” (Portuqaliya) – son qalib

1. “Barça” (İspaniya)

2. “Kayrat” (Qazaxıstan)

3. “Benfika” (Portuqaliya)

4. “Mursiya” (İspaniya)

5. “Ekonomaç” (Serbiya)

6. “Halle Gooik” (Belçika)

7. “Ayat” (Qazaxıstan)

8. “Tümen” (Rusiya)

9. KPRF (Rusiya)

10. “ARAZ” (AZƏRBAYCAN)

11. “Doboveç” (Sloveniya)...

...16. “Berettyoujfalu” (Macarıstan)

17. “Xerson” (Ukrayna)

18. “Vytis” (Litva)

19. “Mostar” (Bosniya və Herseqovina)

Bu 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupda mübarizə aparacaq.

Burda yer alan komandalardan ilk 12-si ən yüksək reytinqə malik olduğuna görə, elit-raunda hər bir qrupdan 3 komanda vəsiqə qazanacq.

Bir sözlə, ancaq qrup sonuncuları mübarizəni dayandıracaq. Bu mərhələnin oyunları 8-13 oktyabr tarixlərində keçiriləcək. Püşk isə iyulun 4-də atılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti