“Sumqayıt” Futbol Akademiyasının apreldə yeni mərhələyə qədəm qoydu.
Premyer Liqa klubları arasında ilk futzal məktəbi məhz «kimyaçılar» tərəfindən yaradıldı.
«Sumqayıt»ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məktəbdə görülən son işlərlə bağlı Sportinfo.az-a açıqlama verib:
"Bildiyiniz kimi, Premyer Liqa klubları sırasında ilk klub "Sumqayıt" oldu ki, fuzal məktəbi açdı. Bu layihə əksəriyyət tərəfindən alqışlandı.
Çünki uşaq futbolunun inkişafı yönündə futzalın da önəmi böyükdü. Hazırda Baba Əsgərovun rəhbərliyi altında futzal məktəbi üçün seleksiyalar aparılır.
Məşqlər Sumqayıt Olimpiya Kompleksində keçirilir. Həmçinin akademiyamızın aşağı yaş qrupları da həftədə bir dəfə futzal məktəbində məşqlərə qatılır".

