Azərbaycan klubunda növbəti ayrılıq - İrana getdi

28 May 2019 14:24 Futzal 689
Azərbaycan klubunda növbəti ayrılıq - İrana getdi

Bir neçə gün əvvəl yenidən çempion olan “Araz”ın heyətində ayrılıqlar davam edir.

Sportinfo.az xəbər verir ki, Xətai Bağırovdan sonra Mohammadtaha Neyməti də özünə yeni komanda tapıb.

Qış fasiləsində çempionun heyətinə qoşulan və oyunu ilə qızıl medalların qazanılmasında payı olan iranlı legioner vətəninə dönüb.

O, İran çempionatının iddialılarından hesab edilən Saveh şəhərinin “Saniç” komandası ilə anlaşıb. “Saniç” son mövsümü beşinci pillədə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti