Futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında “Advokat” və EKOL qarşılaşıb.
Oyun 7:3 hesabı ilə EKOL-un xeyrinə başa çatıb. Görüş başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.
Mükafatları AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov, Azərbaycan Futzal Federasiyasının əməkdaşı Xosrov Məmmədov, beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təqdim ediblər.
EKOL-un üzvü Namiq Məmmədkərimov həlledici qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
EKOL – “Advokat” 7:3
Qollar: Fərid Atakişiyev, 02:48, 31:17; Namiq Məmmədkərimov, 03:06, 10:16, 15:01, 16:06; Ələsgər Ələsgərli, 25:44 - Ceyhun Əhmədov, 03:31; Vüsal İsayev, 27:17; Seymur Davıdov, 29:26
Hakimlər: Hikmət Qafarlı, Fuad Həsənov, Rahin Heybətov
Bakı İdman Sarayı

