Zaur Axundova görə Azərbaycanda daha bir klub dağıldı

21 May 2019 10:12 Futzal 1 199
Zaur Axundova görə Azərbaycanda daha bir klub dağıldı

Futzal üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin bir oyunu keçirilib.

Bakı İdman Sarayında baş tutan qarşılaşmadan sonra finalçılar müəyyənləşib.

Mərhələyə əzəli rəqiblər - EKOL-la "Neftçi"nin dueli ilə start verilib. Rəqibi üzərində böyükhesablı qələbə qazanan EKOL ilk finalçı olub.

Digər matçda isə "Advokat"la "Xəzər Cənub" finala vəsiqə uğrunda yarışmalı idi. Lakin "Xəzər Cənub" oyuna gəlmədiyi üçün "Advokat" qalib elan edilib və finala vəsiqə qazanıb. Həlledici matç mayın 23-də, saat 14:30-da Bakı İdman Sarayında keçiriləcək.

“Xəzər Cənub” yalnız yarışdan çəkilməyib, həmçinin fəaliyyətini dayandırıb. Bütün bunlar Yüksək Liqanın “Araz”lap ley-off matçında baş verənlərə görədi.

Qarşılaşma başa çatdıqdan sonra insident baş verib, "Xəzər Cənub"un 3 futzalçısı hakimə fiziki təzyiq göstərib.

Raşid Qalapur, Amid Şocayi və cəzalı olduğu üçün oyunu tribunadan izləməsinə baxmayaraq, matçın ardından meydana girən İsaq Surqalı 12 ay müddətinə cəzalandırılıb.

Hər 3 oyunçu göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb. Oyundan sonra hakimi təhqir edən “Xəzər Cənub”un daha bir futzalçısı Hamid Raşidi 3, 25-ci dəqiqədə rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə, 1 oyun cəzalanıb.

48-ci dəqiqədə isə Amid Şocayi hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı – qırmızı vərəqə aldığına üçün 1 oyun cəzalanıb.

"Araz"ın əlavə vaxtda 4:1 hesabı ilə qalib gəldiyi görüşü Azər Əsgərov, Rahin Heybətov və Fuad Həsənovdan ibarət hakimlər briqadası idarə edib. Vaxtı ölçən hakim isə Rəmzi Hüseynov olub.

“Xəzər Cənub” yaşanan olaylarda hakimləri, dolayısı ilə federasiya rəhbərliyini günahkar bilir.

Onlara görə, “fit sahibləri” “Araz”a açıq-aşkar simpatiya bəsləyir. Belə ki, adıçəkilən klub de-fakto olaraq qurumun prezidenti Zaur Axundovun himayəsindədi.

"Neftçi" - EKOL - 1:5

Qollar: Oruc Baxşəlizadə, 01:05 - Radik Əhmədov, 18:38; Əsgər Abasov, 19:40, 31:42, 34:23; Namiq Məmmədkərimov, 21:49

Hakimlər: Azər Əsgərov, Fuad Həsənov, Kənan Məlikov

"Advokat" – "Xəzər Cənub" +/-

Hakimlər: Ramiz Məhərrəmov, Hikmət Qafarlı, Elmir Quluzadə

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti