İranlı legionerlər Zaur Axundovun adamlarını döydü!

20 May 2019 15:36 Futzal 931
İranlı legionerlər Zaur Axundovun adamlarını döydü!

Futzal üzrə Yüksək Liqanın “Araz” – “Xəzər Cənub” matçı başa çatdıqdan sonra insident baş verib.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Xəzər Cənub"un 3 futzalçıları hakimə fiziki təzyiq göstəriblər.

Raşid Qalapur, Amid Şocayi və cəzalı olduğu üçün oyunu tribunadan izləməsinə baxmayaraq, matçın ardından meydana girən İsaq Surqalı 12 ay müddətinə cəzalandırılıb.

Hər 3 oyunçu göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.

Oyundan sonra hakimi təhqir edən “Xəzər Cənub”un daha bir futzalçısı Hamid Raşidi 3, 25-ci dəqiqədə rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə, 1 oyun cəzalanıb.

48-ci dəqiqədə isə Amid Şocayi hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı – qırmızı vərəqə aldığına üçün 1 oyun cəzalanır.

"Araz"ın əlavə vaxtda 4:1 hesabı ilə qalib gəldiyi görüşü Azər Əsgərov, Rahin Heybətov və Fuad Həsənovdan ibarət hakimlər briqadası idarə edib. Vaxtı ölçən hakim isə Rəmzi Hüseynov olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti