Yüksək Liqada həlledici oyunların təyinatları açıqlandı

14 May 2019 12:48 Futzal 554
Yüksək Liqada həlledici oyunların təyinatları açıqlandı

Futzal üzrə Yüksək Liqanın pley-off mərhələsinin 3-cü oyunlarına təyinatlar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyası rəsmi saytı vasitəsilə həlledici qarşılaşmaları idarə edəcək referilərin adlarını açıqlayıb.

Komandalar arasında 3-cü oyunlar Bakı İdman Sarayında keçiriləcək.

14 may

14:30. "Araz" – EKOL

Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı, Fuad Həsənov

İlk iki oyunun nəticələri - 4:6, 3:0

17:00. "Neftçi" İK – "Xəzər Cənub"

Hakimlər: Anar Fərəcov, Mehman Mahmudov, Elvin Ağayev

İlk iki oyunun nəticələri - 4:3, 4:8

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti