Pley-off mərhələsinin III matçlarında 5 cəzalı

14 May 2019 08:48 Futzal 585
Pley-off mərhələsinin III matçlarında 5 cəzalı

Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin 3-cü oyunları keçiriləcək.

Sportinfo.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu görüşləri bir neçə futzalçı kənardan izləyəcək.

Belə ki, sarı vərəqə limitini doldurduğuna görə EKOL-dan Fərid Ələkbərov, “Neftçi”dən isə Salar Şahnazi qarşıdakı oyunu buraxacaq.

Son matçda qırmızı vərəqə alan Ramiz Çovdarov da EKOL-a kömək edə bilməyəcək. Emin Kürdovla (EKOL) Rüfət Balakişiyevin (Neftçi) cəzası isə davam edir.

Əvəzində “Araz”ın iki oyunçusunun cəzası başa çatır. Belə ki, Xətai Bağırov və İsa Atayev meydana çıxa biləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti