Futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin 3-cü oyun cədvəli açıqlanıb.
Sportinfo.az xəbər verir ki, finala vəsiqələrin sahibini müəyyənləşdirəcək həlledici oyunlar mayın 14-də keçiriləcək.
Bu mərhələdə iki qələbə qazanacaq komanda finalda, məğlublar isə üçüncü yer uğrunda oyunda iştirak edəcək.
Hər iki yarımfinal cütündə tərəflər ilk iki oyundan hərəyə 1 qələbə ilə ayrılıblar. Bu üzdən də hər şeyə üçüncü oyunlardan sonra aydınlıq gələcək.
14 may
Araz – EKOL
Bakı İdman Sarayı. Saat 14:30.
İlk iki oyun: 4:6, 3:0.
Neftçi İK – Xəzər Cənub
Bakı İdman Sarayı. Saat 17:00.
İlk iki oyun: 4:3, 4:8.

