Futzal üzrə Yüksək Liqanın II pley-off mərhələsinin oyunlarına təyinatlar müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyası qarşılaşmaları idarə edəcək hakimləri açıqlayıb.
Mayın 11-də Bakı İdman Sarayında keçiriləcək oyunlarda EKOL "Araz"la, "Xəzər Cənub" isə "Neftçi" İK ilə üz-üzə gələcək.
İlk görüşlərdə EKOL və "Neftçi" İK rəqibinə 4:3 hesabı ilə qalib gəlib.
14:30. EKOL – "Araz"
Hakimlər: Mehman Mahmudov, Azər Əskərov, Kənan Məlikov
17:00. "Xəzər Cənub" – "Neftçi" İK
Hakimlər: Rahin Heybətov, Ramil Namazov, Elmir Quluzadə

