Futzal üzrə UEFA Çempionlar Liqasında 2018-2019-cu il mövsümünə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, “Almatı Arena”da keçirilən “Dördlər Finalı”nın mükafatçıları müəyyənləşib.
Əvvəlcə üçüncü yer uğrunda oyun keçirilib. İspaniyanın iki komandası – “İnter” və “Barselona”nın duelində ikincilər 3:1 hesabı ilə qalib gəlib və bürünc medallara sahib çıxıb.
Həlledici oyunda isə nəhayət, “Sportinq” 2011, 2017 və 2018-ci illərdəki uğursuz finallardan sonra qələbə qazanıb.
“Kayrat”ı 2:1 hesabı ilə məğlub edən Portuqaliya təmsilçisi tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
"Sportinq"in qapıçısı Guitta final matçının ən yaxşı oyunçusu seçilib. Final qarşılaşmasını rekord - 11973 azarkeş izləyib.

