Serbiya ilə yoldaşlıq oyununda üz-üzə gələn futzal üzrə millimizin üzvü Vitali Borisov mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, oyunçumuz keçmiş komandası “Ekonomaç”ın rəhbərliyi tərəfində təltif edilib.
Qarşılaşmadan əvvəl sözügedən klubun prezidenti və baş məşqçisi vaxtilə bu komandanın formasını geyinmiş millimizin üzvü Vitaliyə xatirə hədiyyəsi təqdim edib.
2016-18-ci illərdə Borisov “Ekonomaç”la 2 dəfər Serbiya çempionu, bir o qədər də ölkə kubokunu qazanıb.

